Tarix : 2016 Mar 23
Kod 48254

İŞİD Brüssel terrorunun məsuliyyətini öz üzərinə götürdü

İŞİD terror təşkilatı bu gün Brüsseldə törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.
AranNews- Bu barədə Misir KİV-ləri “Amak” informasiya agentliyinə istinadən xəbər verib.
“Amak” isə terrorçuların bəyanatlarına istinad edib.Xatırladaq ki, bu gün səhər Brüsseldə (hava limanı və metroda) törədilən ardıcıl terror aktları zamanı son rəsmi məlumatlara görə, 34 nəfər həlak olub, onlarla yaralı var.Terror hücumları ilə bağlı əksər Avropa ölkələrinin hökumətləri fövqəladə toplantılar keçirib.

Brüsseldə hava limanı və metroda baş verən partlayışlar nəticəsində yaralananların sayı 230-a çatıb.
Belçika DİN-in məlumatına əsasən, onlardan 100-ü aeroportda baş verən partlayış nəticəsində yaralanıb, 130 nəfər isə - metroda.
Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə, aeroportda və metro stansiyalarında baş verən silsilə partlayışlar nəticəsində 34 nəfər ölüb.
  • Yazılıb
  • da (də) 2016 Mar 23
  • Göndərən مدير سايت Aran News