Avropa Brüsseldə meydana gələn terror hücumlarının şokunu yaşadığı bir vaxtda İŞİD Almaniyanı təhdid etdi.
AranNews- Twitterdən təhdid mesajları yazan İŞİD üzvü Almaniya və Belçikaya xəbərdarlıq etdi.
“abo_omar_170” adlı twitter hesabından fransız dilində paylaşılan mesajda: “Siz bizi şərqdə bombalayırsız, buna görə də biz də sizi qərbdə bombalayırıq. Gözə göz, dişə diş” ifadələri yer alıb.
Başqa yerlərdə də bombaların partladılacağını deyən terror qruplaşması üzvü "Daha çox bombaya və ölüyə hazır olun. Yaxında Almaniyada" sözlərini əlavə edib.
Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə hava limanı və metroda baş vermiş partlayışlarda ən azi 23 nəfər həlak olub, onlarla insan yaralanıb.