Amerikanın İllinois əyalətində 30 dini təşkilat nümayəndələri müsəlmanlara qarşı islamofob hərəkətlərə etiraz əlaməti olaraq aksiya keçiriblər.
AranNews- aksiya iştirakçıları əllərində müsəlman mühacirləri dəstəklədikləri və iqrçi və dinə zidd hərəkətləri pislədiklərinə dair plakartlar daşıyıblar.
Etirazçılardan biri bildirib ki, ötən həftə İllinois əyalətində iki müsəlman tələbəyə hücum olunub və onlar təhqir olunub. Bu onu göstərir ki, intelektli İllinois əyaləti əhalisi ilə danışıq aparmaq lazımdır və onlara islamofob hərəkətlərdən çəkindirmək lazımdır.