Tarix : 2016 Mar 24
Kod 48264

Cavanşir Axundov, Ərdəbil şəhərinə səfər edib

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Ərdəbil şəhərində Şeyx Səfiyəddin Ərdəbilinin tarixi kompleksini və Ərdəbilin antropologiya muzeyini ziyarət edib.


AranNews-
səfir ortaq mədəni irs qarşılıqlı münasibətlərin genişlənməsində böyük rola malik olduğunu vurğulayıb: “Ortaq mədəni irs Tehran-Bakı münasibətlərinin daha da genişlənməsinə öz töhfəsini verir”.

Cavanşir Axundov Ərdəbilin İran ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin inkişafındakı rolunu önəmli adlandırıb.
Səfir Azərbaycan prezidentinin 23 fevral Tehran səfəri zamanı iki ölkə arasında 11 əməkdaşlıq sazişinin imzalanmasına toxunaraq, dəmir yolu xəttinin və turizm infrasturukturunun inkişaf etdirilməsinin iki ölkə əlaqələrinin inkişafındakı xüsusi əhəmiyyətinə təkid edib.
Azərbaycan Respublikasının İrandakı səfiri Ərdəbil şəhərinin tarixi və mədəni əhəmiyyətini xüsusi qeyd edərək deyib: “Azərbaycan Respublikası vətəndaşlarının çoxu İrana səfər edərkən ilk öncə Ərdəbilə və ümumdünya Şeyx Səfiəddin Ərdəbili kompleksinə baxış keçirirlər”.
  • Yazılıb
  • da (də) 2016 Mar 24
  • Göndərən مدير سايت Aran News