Tarix : 2016 Mar 24
Kod 48265

Gürcüstanda Bakı neftini oğurlayan dəstə tutulub

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd göstərən iki nəfəri saxlayıb. saxlananların kimliyi ictimaiyyətə açıqlanmır.
AranNews- Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd göstərən iki nəfəri saxlayıb. saxlananların kimliyi ictimaiyyətə açıqlanmır.
İddialara görə, saxlanan şəxslər Kareli rayonunun Ruisi kəndində xüsusi texniki qurğu vasitəsi ilə yerin altından bir kilometr uzunluğunda boru çəkiblər. Həmin xətt neft kəmərinə birləşdirilib. Bunun üçün kəmərə xüsusi açar da qaynaq edilib. Məqsəd neft oğurlanması olub. Hüquq mühafizə qurumları dəstənin digər üzvlərini axtarır.

Bir neçə gün əvvəl də, Bakı-Supsa neft kəmərinin Gürcüstan ərazisindən keçən hissəsində oğurluğa cəhd olduğu bildirilirdi. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları neft kəmərində oyuq aşkar etmişdilər. Həmin ərazidən, generator, qaynaq aparatı, boru və digər avadanlıqlar götürülmüşdü.
  • Yazılıb
  • da (də) 2016 Mar 24
  • Göndərən مدير سايت Aran News