Tarix : 2016 Mar 24
Kod 48267

Türkiyədə PKK-nın qadın lideri öldürülüb

Türkiyənin Şırnak rayonunun mərkəzində öldürülən 4 terrorçu arasında PKK-nın alt qolu olan YPS-nin qadın birliyi lideri Berivan Avestanın da olduğu bildirilir.
AranNews- Türkiyənin Şırnak rayonunun mərkəzində davam edən əməliyyatlarda bu gün təhlükəsizlik gücləri ilə qarşıdurmada öldürülən 4 terrorçu arasında PKK-nın alt qolu olan YPS-nin qadın birliyi lideri Berivan Avestanın da olduğu bildirilir.
Şırnakın mərkəzində 14 mart gecəsi saat 23.00-da tətbiq olunan küçəyə çıxmaq qadağası ilə yanaşı jandarm və polis xüsusi təyinatlılarının xəndək qazan, barrikada quran PKK-çılara qarşı birgə apardığı "Şəhid jandarm baş leytenant Mehmet Çiftçi" əməliyyatı davam edir.
Əməliyyatın 8-ci günündə Bahçelievlər, Dəclə, Yeşilyurt və Cümhuriyyət məhəllələrində əməliyyatlar intensivləşib. Məhəllələrdə hədəflərə qarşı tankların başlatdığı top atışı davam edir. Yeşilyurt məhəlləsində bu gün baş verən qarşıdurmada 4 PKK-çı öldürülüb, 9-u isə sağ ələ keçirilib. Öldürülən terrorçular arasında PKK-nın alt qolu olan YPS-nin qadın birliyi lideri Berivan Avestanın da olduğu deyilir. Əməliyyatlar zamanı 43 partlayıcı zərərsizləşdirilib.
  • Yazılıb
  • da (də) 2016 Mar 24
  • Göndərən مدير سايت Aran News