İŞİD beynəlxalq terror qruplaşması Avropaya hücumlar həyata keçirmək üçün 400-dən 600-ə qədər terrorçu hazırlayıb.
AranNews- bu barədə Aİ rəsmilərinə istinadən Associated Press nəşri məlumat verib.
Məlumata görə, yaraqlılar İraq və Suriyadakı düşərgələrdə xüsusi təlim keçib. Qeyd olunur ki, terrorçular həmçinin partlama işi və izləmə üzrə də təlim keçib. Parisdə ardıcıl terror hücumları təşkil edən terrorçular hazırda Almaniya, Böyük Britaniya, İtaliya, Danimarka və İsveç üzrə paylaşılıb.
Xatırladaq ki, martın 22-də Brüssel hava limanında və “Maalbek” metro stansiyasında törədilmiş terror aktları nəticəsində 30-dan çox adam ölüb, təxminən 200 nəfər yaralanıb. Belçikada üç günlük matəm elan olunub.