Tarix : 2016 Mar 25
Kod 48269

Rusiyanın ilk islam bankı açılacaq

Rusiyanın islam bankçılığı qaydası ilə fəaliyyət göstərəcək ilk bankı bu ay açılacaq.
AranNews- Tatarıstanın paytaxtı Kazanda açılacaq yeni bank "Tatagroprombank"ın alt qurumu olaraq Rusiyanın islam maliyyə prinsipləri ilə fəaliyyət göstərəcək.
İslam İnkişaf Bankı ilə iş birliyi razılaşması da imzalayacaq bankın açılması ilə Rusiyaya İslam ölkələrindən investisiyaların cəlb olunması hədəflnilir.
Qeyd edək ki, cari ilin yanvar ayında Rusiya parlamentindən keçən qərarla ölkədə dini maliyyə qurumlarının fəaliyyəti sərbəst buraxılıb.
  • Yazılıb
  • da (də) 2016 Mar 25
  • Göndərən مدير سايت Aran News