AranNews- Əsəd mesajında “qardaş olmağa” məcburuq cümləsindən istifadə edib. Bu barədə məlumatı Türkiyənin keçmiş xarici işlər naziri Şükrü Sina Gürel yayıb. O, Şam şəhərinə gedərək Bəşər Əsədlə görüşüb. Əsədin türk xalqına mesajını Gürel Yurd qəzetində çıxan yazısında çatdırıb:
“Əsəd türk xalqı ilə yaxşı əlaqələri davam etdirmək istədiyini bildirdi və heç kimə qarşı şəxsi düşmənçiliyi olmadığına işarə etdi. Əsədlə xüsusilə bir məsələdə eyni düşündüyümüzü gördüm: Ölkələrimizin bütünlüyü məsələsində birlikdə hərəkət etməliyik.
Ondan soruşdum ki, Türkiyəyə yollamaq istədiyiniz mesajınız varmi? Mənə doğru iki addım atdı, əlini uzatdı və dedi ki, ilk olaraq bunu çatdırın: “Qardaş olmağa məcburuq”.