Tarix : 2016 Mar 26
Kod 48272

Sionistlər fələstinlilərə hücum ediblər

Sionist rejim hərbçiləri fələstinlilərə hücumların davamında bir fələstinli qadını həbs ediblər.
Arannews- sionist hərbçilər İordan çayının qərb sahilində əl-Xəlil şəhərində bir fələstinli qadını soyuq silah gəzdirmək bəhanəsi ilə həbs ediblər.
24 martda bu şəhərdə 3 fələstinli gənc şəhid edilib və 16 fələstinli həbs olunub.
Şəhidlərdən biri 21 yaşlı gənc Əbdülfəttah Şərif sionist hərbçilər tərəfindən yaralandıqdan sonra təkrar atəş açaraq onu şəhid ediblər. Bu cinayət medialarda və ictimai şəbəkələrdə böyük rezonans doğurub.
Sionist rejim hərbçilər Qüds İntifazəsinin əvvəlindən indiyə qədər 200 fələstinlini şəhid etmiş və çoxlu sayda fələstinlini də yaralamışlar.


  • Yazılıb
  • da (də) 2016 Mar 26
  • Göndərən مدير سايت Aran News