Qəzzə zolağında çirkli yeraltı sulardan istifadəyə görə insan böhranının baş verməsi ehtimali var.
Arannews- Fələstin Özünüidarə Təşkilatının baş naziri Rami Həmdullah bir bəyanatda bildirib: Sionist rejim fələstinlilərin su ehtiyatlarının azı 85%-ni işğal edib və açıq aşkar beynəlxalq qanunları pozub.
Rami Həmdullah deyib: Hazırda sionist rejim su ehtiyatlarından fələstinlilərdən yeddi qat çox istifadə edir. Halbuki fələstinlilərin suda istifadəsi Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi səviyyədən qat-qat aşağıdır.
Fələstin Özünüidarə Təşkilatının baş naziri həmçinin Qəzzə zolağında içməli suyun vəziyyəti və çirkli yeraltı sulardan istifadəyə görə insan böhranının baş verməsi ehtimalı barədə xəbərdarlıq edib.
Bildirilir ki, bu vəziyyət sionist rejimin 2014-cü ildə Qəzzəyə təcavüzü və bu bölgənin səhiyyə və su sistemlərini dağıtması nəticəsində yaranmışdır.
BMT 2015-ci il hesabatında bildirib ki, Qəzzə zolağındakı hazırkı şərait dəyişmədiyi halda, bu bölgə 2020-ci ilə qədər yaşayışı mümkün olmayan vəziyyətə düşəcək.