Tarix : 2016 Mar 26
Kod 48276

Putin sərəncam verdi, Kadırov reaksiya

Rusiya prezidenti, Çeçenistan Respublikasının Prezidenti ilə bağlı sərəncam imzalayıb. Kadırov isə İnstaqram hesabında Putinin qərarını qəbul etdiyini vurğulayıb.
AranNews- sərəncama əsasən, Kadırova Çeçenistan prezidentinin səlahiyyətlərini icra etmək vəzifəsi həvalə olunub.
Putin ümid etdiyini bildirib ki, Kadırov sentyabrda keçiriləcək seçkilərdə iştirak edəcək: «Aprelin 5-də səlahiyyət müddətiniz başa çatır. Son illər ərzində Çeçenistan, eləcə də Rusiya üçün etdiklərinizi nəzərə alaraq Çeçenistan prezidentinin səlahiyyətlərini icra etmək vəzifəsini sizə həvalə etdim. Ümid edirəm ki, bu ilin sentyabrında keçiriləcək seçkilərdə iştirak edəcəksiniz. Eləcə də çeçenlər seçkiöncəsi kampaniyada sizin respublika üçün etdiklərinizi layiqincə qiymətləndirəcəklər».
Bu sərəncam və Kadırova ünvanladığı sözlərlə Putin əslində çeçen liderin prezidentliklə bağlı aqibətini həll etmiş oldu. Kreml rəhbəri bu qərarı, eyni zamanda çeçenlərə ünvanladığı mesajla göstərdi ki, Çeçenistanın rəhbəri postunda məhz Kadırovu görmək istəyir.
Qeyd edək ki, son çıxışlarında Kadırov prezidentlikdən getməyi düşündüyünü demişdi. Lakin onu da bildirmişdi ki, Vladimir Putin onun bu vəzifədə qalmasını lazım bilsə, «yox» deməyəcək.
Kadırov İnstaqram hesabında Putinin qərarını qəbul etdiyini vurğulayıb:
"Ən doğru və müsbət qərardır. Mən fərmanı qəbul edirəm. Anlayıram ki, keçmişdəki xidmətlərimizlə yaşamaq olmaz. İndi yeni işlərə start vermək lazımdır. Mənim üçün Vladimir Putindən istənilən tapşırığı almaq böyük məsuliyyət və xoşbəxtçilikdir".
  • Yazılıb
  • da (də) 2016 Mar 26
  • Göndərən مدير سايت Aran News