Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) yaxın gələcəkdə gizli olaraq fövqəladə hal rejimi elan edilmiş Nardaran qəsəbəsindəki vəziyyətlə bağlı dinləmələr keçirəcək.
AranNews- Komitənin martın 11-də keçirilən iclasında qeyd edilib ki, indiyədək Nardaranda həbs edilənlərin dəqiq sayı və taleyi məlum deyil. Onların əksəriyyəti vəkilsiz qalıb.
VCMK həmçinin “Sumqayıt gənclərinin hüquqi maarifləndirilməsi” QHT-nin sədr müavini və müxalif Xalq Cəbhəsi Partiyasının üzvü Elçin Həsənovun müdafiəsi üçün mətbuat konfransı təşkil etmək niyyətindədir. Gələn həftə Həsənov üzərində məhkəmə keçirilməlidir, o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) maddəsi ilə ittiham olunur.
Bundan başqa, VCMK hakimiyyətin QHT-lərə davam edən təzyiqinə və bu sahədə qanunvericiliyin sərtləşdirilməsinə həsr olunmuş xüsusi dinləmələr keçirəcək.
İclasda siyasi məhbuslar mövzusuna xüsusi diqqət yetiriləcək. Gələn həftə onlarla həmrəylik aksiyası keçiriləcək. Həmçinin, ölkə prezidentinə Novruz bayramı ərəfəsində bütün siyasi məhbuslar üçün geniş amnistiya tətbiq edilməsi çağırışı ilə müraciət etmək qərara alınıb.