Dahi Halfan: "Regionda fələstinlilərin dә tərkibində yaşadığı bir sionist İsrail dövlətilə kifayətlənilməlidir, bu dövlət Ərəb Liqasına da alınmalıdır".
Arannews- Səudiyyə Ərəbistanın Körfəzdəki müttəfiqi BƏƏ-nin Dubay əmirliyinin Təhlükəsizlik idarəsinin rəis müavini Dahi Halfan rəsmi Twitter-dəki səhifəsində sionist İsrail rejiminin Ərəb Liqasına qəbul olunması çağırışını edib.
Halfan belə danışıb: "Regionda fələstinlilərin dә tərkibində yaşadığı bir sionist İsrail dövlətilə kifayətlənilməlidir, bu dövlət Ərəb Liqasına da alınmalıdır".
Ərəblərin rəhbərliyindəki Fələstin dövlətinin çox uğursuz olduğunu iddia edən Halfan, sionistlərin rəhbərliyindəki dövlətin həm Sionist-Ərəb sülhünü təmin edəcəyini, həm də uğurlu bir idarəetmə olacağını bildirib.