Tarix : 2016 Mar 26
Kod 48281

Terrorla mübarizə məsələsində İsraillə əməkdaşlığa hazırıq

Rəcəb Tayyib Ərdoğan, Türkiyənin terrorla mübarizə məsələsində sionist rejim ilə əməkdaşlıq etməyə hazır olduğunu deyib.
AranNews- sionist rejimində nəşr olunan Jerusalem Post qəzeti sionist İsrail prezidenti Reuven Rivlin bu gün Ərdoğanla telefonla əlaqə saxlayıb.
Rivlin İstanbuldakı terror hücumunda ölən sionist İsrail vətəndaşlarının cənazələrinin göndərilməsi və yaralananların müalicəsində edilən qayğı və diqqətə görə, Ərdoğana təşəkkür edib.
Sionist İsrail prezident adminstrasiyasından verilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan da telefon danışığında belə danışıb: "Terrorizmə qarşı beynəlxalq cəmiyyətlə birlikdə olmaq və çox möhkəm mövqe sərgiləməklə hər cür terror hərəkətlərinə qarşı əməkdaşlığımızı inkişaf etdirməli olduğuna inanırıq. Bu mənada İsrail ilə terrorizmə qarşı əməkdaşlığa hazırıq".
Xəbərə görə, Ərdoğan danışığı zamanı "hamısı şeytandır və bu şeytanlara qarşı döyüşməyə məcburuq" deyib.
Rivlinə başsağlığı üçün təşəkkür etdikdən sonra Ərdoğan yәhudilәrin ölümü ilə bağlı dərin narahatçılığını dilə gətirib və rəsmiləri kömək üçün nə lazımdırsa, edilməsi üçün tapşırıq verdiyini qeyd edib.
  • Yazılıb
  • da (də) 2016 Mar 26
  • Göndərən مدير سايت Aran News