Tarix : 2016 Mar 27
Kod 48284

Türkiyədə Terror Akti Baş Verib

PKK-nın minalanmış avtomobilinin partlaması nəticəsində 3 polis ölüb, 24 nəfər yaralanıb.
ArAnNeWs- Türkiyənin cənub-şərqində, Diyarbəkir və Bingöl şəhərləri arasındakı trassda yerləşən jandarmeriya postu qarşısında minalanmış avtomobil partladılıb.
PKK-nın minalanmış avtomobilinin partlaması nəticəsində ölü və yaralı sayı artıb. Son məlumata əsasən partlayış nəticəsində 3 polis ölüb, 24 nəfər yaralanıb.
Axşam saatlarında baş verən partlayışdan sonra naməlum şəxslər avtomat silahlardan jandarmeriya postunu da atəşə tutublar. Türkiyə polisi tərəfindən cavab atəşi açılıb. Hücum edən şəxslərin axtarışı və zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır. 


  • Yazılıb
  • da (də) 2016 Mar 27
  • Göndərən مدير سايت Aran News