Tarix : 2016 Mar 27
Kod 48286

Rusiyanin ictimai nəzarət mexanizmləri

Dünya təcrübəsinin öyrənilməsi müasir dövrdə ictimai nəzarət mexanizmlərinin hansı formada və necə tətbiq olunmasını daha aydın dərk etməyə kömək edir.
AranNews- Bu gün bütün dünyada ictimai nəzarətin həyata keçirilməsi çox vacib bir amil kimi qarşıya qoyulur. Çünki təcrübə göstərir ki, vətəndaşlar tərəfindən real nəzarətin olmaması hakimiyyət subyektlərinin və dövlət orqanlarının fəaliyyətində operativliyi və səmərliliyi azaldır.  
İctimai nəzarət monitorinq, müşahidə, qiymətləndirmə orqanları, agentlikləri, təşkilatları vasitəsilə hökumət qurumlarının iş və idarəetmə keyfiyyətinin, vəzifəli şəxslərin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və keyfiyyətlə həyata keçirilməsini təmin etməyə yardım edir.
Səmərli nəzarət mexanizmləri və sistemi müxtəlif sosial qrupların maraqları arasında balans yaratmağa və mümkün münaqişələrin qarşısını almağa imkan verir. İctimai nəzarət vacib, təxirəsalınmaz məsələlərin həlli üçün ictimai səfərbərliyə, hökumət üçün tövsiyyələr verməyə imkanlar açır. Belə ki, cəmiyyət, ayrı-ayrı sosial qruplar hakimiyyət subyektləri və dövlət hakimiyyəti orqanlarının fəaliyyəti ilə əlaqədar çevik, dolğun məlumat ala, səhvləri, nöqsanları aşkarlaya bilir.
Dünya təcrübəsinin öyrənilməsi müasir dövrdə ictimai nəzarət mexanizmlərinin hansı formada və necə tətbiq olunmasını daha aydın dərk etməyə kömək edir. Bu baxımdan Rusiya təcrübəsi də maraq doğura bilər.
2014-cü il 2 avqust tarixində Rusiyada “Rusiya Federasiyasında ictimai nəzarətin əsasları haqqında” federal qanun qüvvəyə minib. Bu qanun dövlət və yerli özünüidaretmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata keçirlməsinin hüquqi əsaslarını müəyyən edir.
Bu federal qanuna görə ictimai nəzarət deyildikdə, ictimai nəzarət subyektlərinin dövlət hakimiyyəti, yerli özünüidaretmə orqanları, dövlət və bələdiyyə təşkilatları, publik funksiyaları həyata keçirən digər qurumların işinin müşahidə edilməsi, onlar tərəfindən qəbul edilən aktlar və qərarların analizi və ictimai qiymətlədnirməsi ilə bağlı fəaliyyəti başa düşülür.

Qanunda ictimai nəzarətin subyektləri kimi aşağıdakılar nəzərdə tutulub:
- Rusiya Federasiyasının İctimai Palatası
- Rusiya Federasiyası subyektlərinin
- İctimai Palataları
- Yerli özünüidaretmə orqanlarının İctimai Palataları
Federal və federasiya subyektlərinin icra hakimiyyəti, qanunvericilik  orqanları yanında İctimai Şuralar
- İctimai nəzarətin həyata keçirilməsi üçün aşağıdakı təsisatlar yaradıla bilər:
- İctimai Müşahidə Komissiyaları
- İctimai inspeksiyalar
- İctimai nəzarət qrupları
- İctimai nəzarətin digər təşkilatı strukturları
- İctimai nəzaət obyektləri kimi dövlət hakimiyyəti, yerli özünüidaretmə orqanları, dövlət və bələdiyyə təşkilatları, publik funksiyaları həyata keçirən digər qurumlar çıxış edirlər.
İctimai nəzarət könüllü əsaslarla şəxsən vətəndaşlar (ictimai müfəttişlər və ictimai ekspertlər) və ictimai birliklərin və digər qeyri-hökumət, qeyri-kommersiya qurumlarının (ictimai palatalar, şuralar, müşahidə komissiyaları, inspeksiyalar, ictimai nəzarət qurupları) tərkibində həyata keçirlir.  
- İctimai nəzarət formaları kimi qanun ictimai monitorinq, ictimai yoxlama, ictimai ekspertiza, həmçinin ictimai müzakirə və ictimai dinləmə nəzərdə tutulur. Qanun digər məqbul formaların tətbiqini də qadağan etmir.
Qanun hər bir ictimai nəzarət formasının tətbiqi qaydasını tənzimləyir.
- İctimai nəzarət obyektlərinin ictimai nəzarətin təşkil olunması ilə bağlı aşağıdakı öhdəlikləri nəzərdə tutulub:
- İctimai nəzarət əsasında hazırlanmış yekun sənədlərə baxılması. Bu sənəddəki təkliflər, tövsiyyələr, nəticələrin nəzərə alınması.
- İctimai nəzarət subyektlərinə öz fəaliyyətləri ilə bağlı ictimai əhəmiyyətli məlumatların qanunvericiliklə müəyən olunan qaydada təqdim olunması.
  • Yazılıb
  • da (də) 2016 Mar 27
  • Göndərən مدير سايت Aran News