Tarix : 2016 Mar 27
Kod 48294

Bəhreyndə aksiya

Bəhreyn vətəndaşları Yəmən xalqına dəstək olduqlarını bildiriblər və beynəlxalq ictimaiyyətdən Ərəbistanın Yəmənə qarşı hücumlarını dayandırmaq üçün səylər həyata keçirməsini istəyiblər.
ArAnNeWs- Bəhreyn vətəndaşları təcavüzkar Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarının ildönümü gününü münasibəti ilə Bəhreynin müxtəlif bölgələrində etiraz aksiyaları keçiriblər.
Bəhreyn vətəndaşları təcavüzkar Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarının ildönümü gününü münasibəti ilə müxtəlif bölgələrdə geniş etiraz aksiyaları keçirərək Yəmən xalqına dəstək olduqlarını bildiriblər və beynəlxalq ictimaiyyətdən Ərəbistanın Yəmənə qarşı hücumlarını dayandırmaq üçün səylər həyata keçirməsini istəyiblər. 
Ərəbistan rejimi bəzi ərəb ölkələrinin əməkdaşlığı və ABŞ-ın himayəsi ilə 2015-ci il mart ayının 26-dan Yəmənin müxtəlif bölgələrinə geniş hücumlara başlamışdır. Bu təcavüzkar əməliyyatlarda məqsəd Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdan ibarətdir. Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumları nəticəsində indiyədək uşar və qadınlar daxil olmaqla minlərlə yəmənli şəhid olub və yaralanıb.


  • Yazılıb
  • da (də) 2016 Mar 27
  • Göndərən مدير سايت Aran News