İŞİD terror qruplaşması bu tarixi şəhəri işğal etdiyi zamandan bəri, şəhərdə olan onlarla dəyərli irsi məhv edib.
Arannews-Suriya ordusu və müqavimət qüvvələri tarixi Palmira şəhərini İŞİD-in işğalından azad etdilər.
Suriyanın tarixi Palmira şəhəri 2015-ci ilin mayında İŞİD tərəfindən işğal edilmişdi. Bu şəhərin terrorçuların əlinə kemçəsi dünya ictimaiyyətində bu tarixi şəhərdə olan və yaşı 2000 ildən çox olan qədim irsin taleyi ilə bağlı ciddi nigaranlıqlara səbəb olmuşdu.
İŞİD terror qruplaşması bu hadisədən öncə İraq və Suriyada bir çox muzeyləri qarət etmiş, tarixi abidələri dağıtmışdır.
Palmira şəhəri "Səhra Mirvarisi" adı ilə də tanınır və dünyanın ən məşhur tarixi məkanlarından biri sayılır.
Suriya ordusu və müqavimət qüvvələri ötən cümə axşamı günü Palmira şəhərinin ətrafına yaxınlaşmağa nail olmuşdular. İŞİD terror qruplaşması bu tarixi şəhəri işğal etdiyi zamandan bəri, şəhərdə olan onlarla dəyərli irsi məhv edib.
YUNESKO Palmira şəhərinin İŞİD-in işğalından azad edilməsi xəbərinin yayılması ilə bir vaxtda Suriya ordusunun bu uğurunu yüksək qiymətləndirib və Palmira şəhərini bəşəriyyət tarixi və sivilizasiyasının ən dəyərli nümunələrindən biri adlandırıb.