Tarix : 2016 Mar 28
Kod 48298

Al Jazeera əməkdaşlarını ixtisar edir

İxtisara şirkətin maliyyələşməsinin asılı olduğu enerji daşıyıcılarının qiymətlərinin azalmasının səbəb olduğu bildirilir.
Arannews- Qətərin “Əl Cəzirə” telekanalı (Al Jazeera) əməkdaşlarından dünya üzrə 500 nəfərini ixtisar etməyə hazırlaşır.
İxtisara şirkətin maliyyələşməsinin asılı olduğu enerji daşıyıcılarının qiymətlərinin azalmasının səbəb olduğu bildirilir.
 “Əl Cəzirə”dən bildirilib ki, ixtisarlar “əmək resurslarının optimallaşdırılması təşəbbüsü” baxımından vacibdir.
Hazırda şirkətin 4500-ə yaxın əməkdaşı var.
 “Əl Cəzirə” telekanalı terrorçu İŞİD və sələfi-vəhhabi qaragurhları təbliğ edən bir kanal sayılır.


  • Yazılıb
  • da (də) 2016 Mar 28
  • Göndərən مدير سايت Aran News