Palmira şəhərinin azad edilməsi Suriyanın qədim tarixi və mədəni irsinin azad edilməsi deməkdir.
Arannews- Suriya prezidenti tarixi Palmira şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsini Suriya ordusunun strategiyasının doğru olmasına dəlalət edən fakt adlandırıb.Suriya prezidenti Bəşşar Əsəd bazar günü Dəməşqdə səfərdə olan Fransa Parlamentinin nümayəndə heyəti ilə görüşdə deyib: Palmira şəhərinin azad edilməsi Suriya ordusu və müttəfiqlərinin terrorizm ilə mübarizədə doğru strategiyaya malik olduqlarını sübut etmiş oldu.
Dəməşqdə səfərdə olan Fransa Parlamentinin nümayəndə heyəti isə Bəşşar Əsəd ilə görüşdə Suriyada tezliklə sülh və sabitliyin bərqərar ediləcəyinə ümidvar olduqlarını bildiriblər.
Suriyanın informasiya naziri İmran Zbi də öz çıxışında bildirib ki, Palmirada əldə edilən qələbə böyük bir mənaya malikdir. Bu şəhərin azad edilməsi Suriyanın qədim tarixi və mədəni irsinin azad edilməsi deməkdir.
Suriya ordusu və müqavimət qüvvələri bazar günü, bir neçə gün davam edən ağır döyüşlərin ardınca, tarixi Palmira şəhərini İŞİD-in işğalından azad etməyə nail olublar.
Fransa Parlamentinin 5 nəfərlik nümayədə heyəti Suriya prezidenti Bəşşar Əsəd ilə görüşüb, danışıqlar aparmaq üçün Dəməşqə səfər edib.