Tarix : 2016 Mar 28
Kod 48302

HDP sədri Türkiyə hökumətini ittiham etdi

Dəmirtaş Türkiyə hökumətini Cizrə şəhərində "müharibə cinayəti" törətməkdə ittiham edərək,...
Arannews- Xalqların Demokratik Partiyası(Halkları Demokratik Partiyası-HDP) sədri Türkiyə hökumətini Cizrə şəhərində "müharibə cinayəti" törətməkdə ittiham edərək, buna görə hakim Ədalət və İnkişaf Partiyasının(Adalet və Kalkınma Partiyası-AKP) məsuliyyət daşıdığını bildirib.
Səlahəddin Dəmirtaş bazar günü Şırnak əyalətində yerləşən Cizrə şəhərinə səfəri zamanı, şəhərdə qorxu və dəhşət siyasətinin icraya qoyulduğunu iddia edərək, təhlükəsizlik tədbirlərinin həddən artıq çox olmasından şikayətlənib.
Dəmirtaş terrorizm ilə mübarizənin hər bir hökumətin qanuni və təbii haqqı olduğunu etiraf etsə də, Cizrədə baş verənlərin "müharibə cinayəti" olduğunu iddia edib.
Dəmirtaş daha sonra Cizrədə terrorçulara qarşı əməliyyatlar zamanı bəzi binaların dağılmasına işarə edərək, xalqın Cizrədə baş verənlərdən xəbərsiz olduğunu iddia edib.


  • Yazılıb
  • da (də) 2016 Mar 28
  • Göndərən مدير سايت Aran News