Türkiyə prezidenti, şənbə günü iki tanınmış jurnalistin məhkəməsinə qatılmış xarici diplomatları kəskin tənqid edib.
AranNews- Ərdoğan deyib ki, Türkiyədə çalışan xarici diplomatların davranışı müvafiq protokoldan kənardır.
“İstanbuldakı baş konsullar məhkəməyə gediblər. Siz kimsiniz axı? Sizin orada nə işiniz vardı? Bura sizin ölkəniz deyil, bura Türkiyədir. Siz yalnız konsulluğunuzun binasında və ərazisində sərbəst hərəkət edə bilərsiniz. Başqa yerlərdə xüsusi icazə almalısınız”, – deyə Ərdoğan xatırladıb.
Xatırladaq ki, “Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara bürosunun rəhbəri Erdem Gülün işi üzrə ilk məhkəmə dinləməsi cümə günü keçirilməli idi. Onları casusluqda ittiham edirlər.
Birinci dinləməyə çox sayda jurnalist, fəal, alim və əcnəbi diplomatların toplaşdığına görə məhkəmə dinləməsi aprelin 1-dək təxirə salınıb və növbəti dinləmənin bağlı qapılar arxasında keçiriləcəyi bəyan edilib.
Bu iki jurnalistə qarşı ittihamın müəlliflərindən biri də rəsmən Ərdoğanın özüdür. Onlar ötən ilin may ayında Türkiyə hökumətinin Suriyadakı islamçı qüvvələrlə bağlılığını iddia edən reportaj hazırlamışdılar.
Reuters agentliyi xəbər verir ki, hökumətyönlü qəzetlər diplomatların dinləməyə gəlişini “səlib müdaxiləsi”, “konsullar mühasirəsi” adlandırıb.
Bu işdə şəxsən şikayətçi olan prezident jurnalistləri Türkliyənin qlobal mövqeyini sarsıtmaqda ittiham edir. O Dündara çox ağır cəza vəd edib.