Tarix : 2016 Mar 28
Kod 48304

Ali-Xəlifə rejiminə daha bir rüsvayçılıq

Bəhreyn İnsan Haqlarına Nəzarət Təşkilatı Zeynəb Xəvacənin həbs edilməsini Ali-Xəlifə rejimi üçün rüsvayçılıq adlandırıb.
Arannews- Bəhreyn İnsan Haqlarına Nəzarət Təşkilatı insan haqları müdafiəçisi Zeynəb Xəvacənin həbs edilməsini Ali-Xəlifə rejimi üçün rüsvayçılıq adlandırıb.
Bəhreyn İnsan Haqlarına Nəzarət Təşkilatı bazar günü bildirib ki, Zeynəb Xəvacənin 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsi söz azadlığının pozulması olub və bu qərar ədalətsiz bir məhkəmə tərəfindən çıxarılıb.
Bəhreyn İnsan Haqlarına Nəzarət Təşkilatı Ali-Xəlifə rejimindən Zeynəb Xəvacəni dərhal azad etməsini istəyib.
Bəhreyn İnsan Haqlarına Nəzarət Təşkilatı həmçinin bildirib ki, Bəhreyn məhkəməsinin Zeynəb Xəvacəyə bəraət qazandıracaq sənədləri araşdırmaqdan imtina etməsi onun ədalətli məhkəmə tərəfindən mühakimə edilmək üzrə qanuni haqqından məhrum edilməsi mənasındadır.
Bəhreynin təhlükəsizlik qüvvələri son zamanlar bəhreynli fəal Zeynəb Xəvacənin mənzilinə hücum edərək, onu bir yaşlı övladı Əbdülhadi ilə birlikdə həbs ediblər.
Bəhreynli fəallar bildiriblər ki, Ali-Xəlifə zindanlarında 3 mindən artıq siyasi fəal var. Onların çoxu söz azadlığı habelə, Ali-Xəlifə rejimi ilə müxalifət kimi məsələlərdə ittiham edilirlər.
Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Xalq ölkədə demokratik quruluşun formalaşmasını və siyasi islahatların həyata keçirilməsini istəyir. Ali-Xəlifə rejimi isə repressiyalarla xalqı susdurmağa çalışır.

 
 
   


  • Yazılıb
  • da (də) 2016 Mar 28
  • Göndərən مدير سايت Aran News