Novruz bayramı üçün 9 günlük rəsmi tətil, təbii ki, iqtisadi cəhətdən də bәzi halların yaranmasına səbəb olur.
AranNews- Azərbaycanin indiki böhranlı durumda olduğu vaxtda 9 günlük tətil təbii ki, mənfi təsirsiz ötüşə bilməz. Lakin bu fikirləri bölüşməyənlər də var. Onlar da öz fikirlərini əsaslandırmaq üçün ciddi əsaslar gətirilər.
İqtisadçı ekspert Məhəmməd Talıblı, deyib ki, bayramdan öncə müşahidə edilən süstlük hələ də qalmaqdadır: “Bu tətil günlərində vətəndaşlar ərzaq məhsullarının alınması üçün bazarlara daha çox pul tökdülər. Çünki, bayram ərəfəsində xərclərin çoxunu məhz bu təşkil edirdi. Amma bu tendensiya öz növbəsində bazarlarda manat təklifini artırdı. Nəzərə alaq ki, bu ərəfədə hər hansı xarici ticarət əməliyyatları həyata keçirən vətəndaşlar öz vəsaitlərini manatda olan vəsaitlərini dollara çevirirdi. Məlum olduğu kimi, bayram günlərində Mərkəzi Bankın göstərişi ilə 6 bank fəaliyyət göstərirdi. Bütün bu proseslər manat kütləsini bir az da artırdı.
Bir tərəfdən də ölkəyə xarici turistlər gəldi. Bu turistlər də dollara olan tələbi müəyyən mənada artırdı. Bu da nisbətən bazarlarda dollara olan tələbi azaldırdı. Təbii ki, bütün bunlar onu deməyə əsas verir ki, bu ayda 9 günlük bayram günlərində ölkə iqtisadiyyatında hər hansısa bir qeyri-müəyyən vəziyyət hökm sürmədi. Amma bayramdan öncə müşahidə edilən süstlük hələ də qalmaqdadır.
Bu günlərdə özəl sektorun xüsusi olaraq nəfəs alması üçün dövlətin hər hansısa bir proqramları yox idi. Özәl sektorda fəaliyyət göstərənlər indiki şəraitdə öz vəsaitlərini necə çoxlatmaqlarından daha çox bu dalğalardan necə qorumaları haqqında düşünürlər. Bu baxımdan onlar bu şərtlərlə hərəkət etməməyə meyillidirlər. Bütün bu hal ölkə iqtisadiyyatına mənfi təsir göstərməkdədir”.