Arannews- İran İslam Respublikası prezidenti Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığında Suriyada sülh və sabitliyin bərqərar edilməsi üçün İran və Rusiya rasında ahəngdarlıq, həmrəylik və əməkdaşlığı zəruri adlandırıb.
Rusiya prezidenti də bu telefon danışığında regionda cərəyan edən siyasi olayların son durumu və Suriyada sülhün bərqərar edilməsi üzrə Rusiya və Amerika arasında aparılan danışıqların gedişi ilə bağlı iranlı həmkarını məlumatlandırıb.
Həsən Ruhani isə telefon əlaqəsi saxladığı üçün Vladimir Putinə təşəkkür edərək, Suriyada atəşkəsin davam etməsi ilə bağlı İranın prinsipial mövqeyini vurğulayıb və deyib: Suriyanın gələcəyi və onun siyasi quruluşu barədə yalnız Suriya xalqı qərar verməlidir.
H.Ruhani atəşkəsin davam etdiyi müddət ərzində sülh danışıqlarının da sürətləndirilməli olduğunu vurğulayıb və deyib: Atəşkəs və sülh müzakirələri Suriyada terrorçu qruplara qarşı aparılan amansız mübarizəyə mənfi təsir buraxmamalıdır.
İİR prezidenti Suriyanın tarixi Palmira(Tadmur) şəhərinin İŞİD-in işğalından azad edilməsindən də razılıq edib və deyib: "Bu şəhərin azad edilməsi Suriya ordusu və xalqının güclənməsindən xəbər verir. Sərhədlərin nəzarət altına alınması, terrorçuların gediş-gəlişinin önlənilməsi və terrorçulara silah çatdırılmasının dayandırılması, terrorçuların müxalif qruplar adı altında müzakirələrə qatılmasına icazənin verilməməsi inkaredilməz bir zərurətdir.
Bu telefon danışığında İran prezidenti həmçinin Tehran-Moskva əlaqələrinin inkişaf halında olmasına işarə edərək, deyib: Bütün səylər Suriya böhranının dinc yolla həllinə yönəlməlidir və Moskva bu məsələdə İran ilə tam ahəngdardır.
Vladimir Putin də Suriya sərhədlərinə nəzarətin artırılmasını vacib məsələ adlandırıb və deyib: Terrorçulara savaş və müzakirə meydanında iştirak icazəsi verilməməlidir.
V.Putin daha sonra İran və Rusiya arasında əlaqələrin genişləndirilməsinə təkid edərək, deyib: Moskva Tehran ilə əlaqələrinin daha artıq inkişaf etmsini istəyir və bu məsələdə hər hansı bir məhdudiyyət görmür.