Arannews- Əfqanıstanda parlament binası raketlə vuruldu. parlament binasına 3 raket zərbəsi endirilib.Ölkənin güc strukturlarının verdiyi məlumata əsasən, raketlərdən biri binaya tuş gəlsə də, 2 raket boş sahəyə düşüb.
Kabulda baş verən hadisə nəticəsində heç bir itki qeydə alınmayıb.
Hücumu hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.