İŞİD terror qruplaşmasinin İraqdan Suriyaya olan yardım xətti sıradan çıxarıldı.
Arannews- İŞİD-in İraqdan Suriyaya olan yardım xətlərindən biri zərərsizləşdirilib.İraqın şimalında yerləşən Səncar şəhərinin könüllü dəstələri mühüm bölgələrdən sayılan Ummud-diyban və Ummul-cərisdə əməliyyatlar keçiriblər.
Son 72 saatda keçirilən məliyyatlar nəticəsində onlarla terrorçu məhv edilib, müxtəlif növ avadanlıqları zərəsizləşdirilib və qeyd olunan bölgələr İŞİD-in nəzarətindən çıxarılıb.
Qeyd edək ki, bu 2 bölgə İŞİD-in İraqın Neynəva şəhərindən Suriyanın Deyrezzor şəhərinə yardım xətti kimi istifadə olunurdu.