Tarix : 2016 Mar 29
Kod 48315

Pakistanda matəm

Pakistanda terror partlayiş nəticəsində 72 sivil şəhid olub, 315 isə yaralanıb.
Arannews- Pakistanın Pəncab əyalətinin mərkəzi olan Lahur şəhərinin "Qolşəne Eqbal" parkında baş vermiş partlayışda 72 sivil şəhid olub, 315 isə yaralanıb.

partlayışın parkda quraşdırılmış uşaqlar üçün olan əyləncə qurğularının yaxınlığında baş verməsinə görə, hadisə qurbanlarını əsasən qadınlar və uşaqlar təşkil edirlər.

Pakistan polisi partlayıcı qurğuda metal saçma və qırmadan istifadə edildiyi üçün, partlayış daha çox insana xəsarət yetirib.

Pakistanın Pəncab əyalətinin baş naziri Şahbaz Şərif bu münasibətlə Pəncab əyalətində 3 gün matəm elan edib.

Pakistanın Sind əyalətinin baş naziri Qaim Əlişah da bu əyalətdə 1 gün matəm elan edib.

Lahur polisi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.

Taliban terror təşkilatına bağlı "Cəmaətül-Əhrar" terror qruplaşması bu partlayışın məsuliyyətini üzərinə götürüb.

Yaralılar arasında vəziyyəti ağır olanların olmasını nəzərə alaraq, hadisə qurbanlarının sayının artacağı ehtimal olunur.

Pakistan prezidenti və baş naziri də ayrı-ayrılıqda bəyanatlar yayaraq, bu qanlı terror aktını qınayıblar.


  • Yazılıb
  • da (də) 2016 Mar 29
  • Göndərən مدير سايت Aran News