Dore Qold öz rəsmi Facebook səhifəsində, Ərdoğanla bir başa əlaqəsindən söz açaraq deyib: Sinirlioğlu mənim səmimi dostum və Rəcəb Ərdoğanla vasitəmdir.
AranNews- Sionist rejiminin xarici işlər nazirliyinin direktorum, Dore Qold öz rəsmi Facebook səhifəsində maraqlı açıqlamaları ilə yadda qalıb. Adətən İsraillə başqa ölkələrin gizli əlaqələrindən yazan bəzi hökümətyönlü qəzetlərisə bu məlumata münasibət bildirməyiblər.
Qold Ərdoğanla bir başa əlaqəsindən söz açaraq deyib: “Cənab Sinirlioğlu(Türkiyə XİN rəhbəri) mənim səmimi dostum və Rəcəb Ərdoğanla vasitəmdir. Türklər Davos məsələsindən sonra bizimlə anlaşmağa başladılar. Hava yolları ilə bağlı təhlükə altında olduğumuz zaman onlar bu xətti qorudular və dəfələrlə müxtəlif növ yanacaqları gəmi vasitəsi ilə bizim sahilərimizə göndərdilər. İsraildə Türkiyə ilə əlaqələrimizə etiraz edənlər türk dostlarımızın bu addımlarından xəbərdar olmalıdırlar. Bu yardımların bəziləri Misirdən keçərək bizə çatır. Türkiyə prezidentinin bildirdiyi kimi, İsrail və Türkiyə bölgədə bir-birinin tamamlayıcısıdır.”