Nigeriyanın müxtəlif şəhərlərində Şeyx Zəkzakinin həbsdə saxlanılmasına etiraz olaraq, aksiyalar keçirilib.
Arannews- Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx Zəkzakinin həbsdə saxlanılmasına etiraz olaraq bu ölkədə aksiya keçirilib.
Nigeriyanın müxtəlif şəhərlərində İslam Hərəkatının rəhbəri Şeyx Zəkzakinin həbsdə saxlanılmasına etiraz olaraq, aksiyalar keçirilib.
Lafia, Gombe və Kaduna şəhərlərində keçirilən etiraz aksiyaları zamanı, Şeyx Zəkzaki və onunla birlikdə həbs edilən yüzlərlə müsəlman məhbusun tez bir zamanda azad edilməsi tələbi irəli sürülüb.
Nigeriya ordusu 2015-ci ilin dekabrında Zaria şəhərində Şeyx Zəkzakinin mənzilinə hücum edərək, onu yaralayaraq, həbs edib. Bu hadisə zamanı Nigeriya ordusu Zaria hüseyniyəsinə də basqın edərək, təqribən 2000 müsəlmanı şəhid edib.
Nigeriya İslam Hərəkatı bir bəyanat yayaraq, hərbçilərin hücumu zamanı yaralanan və sonra həbs edilən 12 nəfərin tibbi xidmətlərdən məhrum edilməsinə etiraz edib.
Nigeriya İslam Hərəkatının rəhbərinin saxlanıldığı məkan barədə heç bir məlumat verilmir.