Qaxda qadağan olunan dini ədəbiyyatlar yaydığına görə saxlanılan şəxslər buraxılıb.
AranNews- Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan 56 nəfər şəxs polis şöbəsində gətirilib və izahatları alınıraq buraxılıb.
Qax, Zaqatala və Bakı sakinlərindən ibarət dəstə üzvləri arasında yetkinlik yaşına çatmayan uşaqlar və qadınlar da olub. Qax rayon məhkəməsinin qərarına əsasən rayon polis şöbəsinin əməkdaşları Xusişvili Qivi Mixoyeviçin evinə baxış keçirib. Onun evində aparılan axtarışlar zamanı 200-dən artıq dini ədəbiyyat, broşürlər, müxtəlif disk və video kasetlər aşkar olunub.
Qax Rayon Məhkəməsindən "Report"a bildirilib ki, aşkar olunan ədəbiyyatlar və digər dini ləvazimatlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) göndərilib: "Əgər Dini Komitə tərəfindən həmin dini ədəbiyyatlar, broşürlər, disk və video kasetlərin yayılmasının qadağan olması təsdiq olunarsa saxlanılan şəxslərin hər biri 1500 manatda 3000 manata qədər cərimə oluna bilər".