Tarix : 2016 Mar 30
Kod 48330

Həbsdə olan İlahiyyatçı dünyadakı terror aktlarını pislədi

Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı - yazar Fərhad Mirzə dünyada baş verən terror aktlarını pisləyib.
AranNews- Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı - yazar Fərhad Mirzə dünyada baş verən terror aktlarını pisləyib.
İlahiyyatçı Türkiyə, Belçika və Pakistanda baş verən partlayışlar olmaqla, dünyadakı terror aktlarını təkfirçilərin həyata keçirdiyini önə çəkərək bu cinayətləri pisləyib: "Qeyri-ənənəvi din və məzhəblərin təsiri altında təkfirçilər kamikadzeyə çevrilərək günahsız insanları qətlə yetirirlər.
Bu cür terrorlarla, dünya xalqları xəvaric və təkfirçi düşüncələrlə dolu İŞİD və onların arxasında duran rejim və dövlətlərin qurbanına çevirilirlər. İnsaniyyətə zidd bu addımlar, dünya xalqları arasında qorxu və şiddətə səbəb olur. Bildiyiiz kimi, Avropada hər il minlərlə insan İslam dininə üz tutur və bu statistik məlumatlar çoxlarını narahat etməkdədir. Buna görə də, bəzi qüvvələr, İslamı bu cür yollarla gözdən salan terrorçulardan istifadə etməklə, dünya xalqlarını fitri dinlərinə tərəf gəlmələrinə maneə yaratmaq istəyirlər. Biz, bu terrorları, həmçinin terroru dəstəkləyənlərə buradan öz etirazımızı bildirir və bu cür cinayətləri qəti şəkildə pisləyirik."

Fərhad Mirzə bu gecə İslam Peyğəmbərinin əziz qızı Həzrəti Zəhranın (s.ə) mübarək mövldunun daxil olmasına da işarə edərək, müsəlman xanımların Həzrəti Zəhradan örnək (s.ə) götürməsinin önəmini vurğulayıb. Sonda ilahiyyatçı bütün müsəlman xanımları bu bayram münasibətilə təbrik edərək, bütün İslam ümmətinə Həzrəti Fatimeyi Zəhranın (s.ə) şəfaətini arzu edib.
  • Yazılıb
  • da (də) 2016 Mar 30
  • Göndərən مدير سايت Aran News