sərginin təşkilindən məqsəd Moskvada yaşayan müxtəlif din mənsublarının İslam dini ilə tanış olmasıdır.
Arannews- Moskvada Qurani Kərimin müxtəlif dillərə tərcümələrinin sərgisi təşkil olunub.
sərgi İslami Araşdırmalar Fondu və Camiətul –Mustafa Universitetinin birgə səyi nəticəsində baş tutub.
Moskva Came məscidinin İmam camaatı Eldar Alaiddinov deyib ki, sərginin təşkilindən məqsəd Moskvada yaşayan müxtəlif din mənsublarının İslam dini ilə tanış olmasıdır.
Bu sərgi Moskva Came məscidində təşkil olunub. Sərgidə Rusiya müsəlmanları və məscidlərinin foto və rəsm əsərləri də nümayiş olunur. Sərgi çərçivəsində yeni yetmələr üçün Quranın qiraəti və hifzi üzrə yarış keçirilir.
Sərgidə müxtəlif dillərə tərcümə olunmuş Quran nüsxələri ilə yanaşı həmdə ən kiçik Quran nümunələri də nümayiş olunub.