İŞİD terrorçuların Azərbaycandakı liderinin Türkiyədən deportasiya edildiyi üçün yeganə çıxış yolu Dubaya qaçmaqda qalıb.
Arannews- İŞİD terrorçuların Azərbaycandakı lideri Əlixan Musayev ciddi həbs təhlükəsinin olduğunu bildiyi üçün Dubay şəhərinə qaçmağa hazırlaşır.Əlixan Musayev Flay Dubaydan bir gün ərzində hazırlanan 150 dollar qiymətinə olan viza üçün müraciət edib. Vizası hazır olsa Azərbaycandan qaçacaq.
Türkiyədən 6 ay əvvəl deportasiya edildiyi üçün yeganə çıxış yolu Dubaya qaçmaqda qalıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Əlixan Musayevin İŞİD terrorçularının Suriyadakı əməllərini müdafiə edən və onlar üçün təbliğat aparan səs yazısı yayılmışdı.