Tarix : 2016 Mar 30
Kod 48336

Suriya xalqinin müqaviməti regionda terrorizmin inkişafını önləyib

Suriya birlik, həmrəylik və ərazi bütövlüyünü qorumaq, terrorizm ilə mübarizə aparmaq və siyasi prosesləri inkişaf etdirməklə regionda terrorizmin inkişafını önləyib.

Arannews- İran İslam Respublikasının xarici işlər naziri Suriyanın tarixi Palmira(Tadmur) şəhərinin azad edilməsi münasibəti ilə Suriya xalqı və dövlətini təbrik edib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Palmira şəhərinin azad edilməsi münasibəti ilə suriyalı həmkarı Vəlid Müəllimə ünvanladığı müraciətdə deyib: Suriya birlik, həmrəylik və ərazi bütövlüyünü qorumaq, terrorizm ilə mübarizə aparmaq və siyasi prosesləri inkişaf etdirməklə regionda terrorizmin inkişafını önləyib.


  • Yazılıb
  • da (də) 2016 Mar 30
  • Göndərən مدير سايت Aran News