Bu gün İslam Peyğəmbərinin(s.ə.s) əziz qızı Xanım Fatimə Zəhranın(s.ə) dünyaya göz açdığı gündür.
Arannews- Cəmadi-əssani ayinin 20-si,əlamətdar günlərdən ən önəmlisidir.
bu gündə Peyğəmbər (s.ə.s)in gözünün işığı , dünya və axirət xanımlarının ən üstünü, Xanım Fatimeyi Zəhra (s.ə) -nın mübarək mövlud günüdür.
İslam aləmində bu gün yəni xanım Zəhra s.ə-nın doğum günü musəlman qadınların bayramı kimi qeyd olunur.
Xanım Fatimeyi Zəhra s.ə-ın tarixinə kim olmasıyla bağlı kiçik bir nəzər salaq:
Peyğəmbər (s.ə.s) və Xədicə (s.ə)-nin qızı Fatimə (s.ə) besətin 5-ci ili, Cəmadius sani ayinin 20-si, mübarək Cümə günü Məkkədə dünyaya göz açib.
Peyğəmbər (s..ə.s) qızın doğum ərəfəsində Xədicə xanıma belə buyurmuşdu: "İndi Cəbrail mənə muştuluq verdi ki, pak və gül kimi bir qızınız dünyaya gələcək və bütün imamlar,məsumlar onun nəslindən gələcək."
Xanım Fatimə öz fəziləti və dəyəri ilə insanlığın bütün həqiqətini, kamilliyini, bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: "Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir". "Fatimə (s.ə) mənim tənimin yarısıdır. Kim Fatiməni (s.ə) incidsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir". "Fatimə (s.ə) mənim qəlbimdir, ruhumdur,canımdan bir parçadır".
Hədis və rəvayətlərə görə Qurani-Kərimin "kövsər" surəsi də Xanım Zəhranın şərəfinə nazil olub.
Xanım Fatimeyi Zəhra (s.ə) haqqında nə qədər yazsaq, onun şəninə nə qədər gözəl sözlər desək yenə də zərrə qədər belə kamillik elmini , qadınlıq ismətini, şücaətini danışıb bitirməyə mərifətim çatmaz... "O" dünyaya gəlmiş və gələcək bütün xanımların Zinəti və ən üstün xanımıdır.
biz arannews olaraq,başda İmam Zaman (ə.f) olmaqla bütün möminləri, xüsusilə xanımları ürəkdən təbrik edirik.Müsəlman xanımlarımıza xanım Zəhra s.ə-dan dərs almağı, onu özünüzə nümunə götürməyi və daima ləyaqətli,iffətli,namuslu olmağı və onun kimi əvvəlcə gözəl qız evladı daha sonra mükəmməl həyat yoldaşı və nəhayətki qayğıkeş ana olmağı arzu edirik.