Tarix : 2016 Mar 31
Kod 48342

Gürcüstanda xanım Fatimənin (s.ə) təvəllüd gününə həsr olunmuş tədbiri qeyd olundu + FOTO

Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətində “Atasının anası” adlı bayram tədbiri qeyd olundu.
AranNews- Martın 30-da Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti və onun nəzdində fəaliyyət göstərən “Zeynəb (s.ə)” Qadınlar Birliyinin təşkilatçılığı ilə Marneuli Əhli-Beyt (ə) cəmiyyətinin hüseyniyyəsində Xanımlar seyyidəsi xanım Fatimənin (s.ə) mübarək təvəllüd gününə həsr olunmuş “Atasının anası” adlı bayram tədbiri qeyd olundu.
Bayram məclisi Xanım Zəhra (s.ə) mədrəsəsinin müəlliməsi Kərbəlayi Lamidə Bayramovanın Quran tilavəti ilə açıq elan olundu. Sonra “Zeynəb (s.ə)” Qadınlar Birliyinin müəlliməsi Kərbəlayi Rəna Elçiyeva gələn qonaqları salamlayıb qadınlar günü münasibəti ilə təbrik etdi.
Məclisdə xanım Zəhranın (s.ə) dəyər və fəziləti barədə çıxışlar, Əhli Beytin (ə) şəninə şer və ilahilər səsləndirildi, maraqlı viktarina və hədiyyələr, eyni zamanda az yaşlı tələbələrin iştirakı ilə analar üçün xüsusi təbrik proqramı həyata keçirildi.
Gürcüstan Müsəlman Qadınlar İcması və “Fatimeyi Zəhra (s.ə)” Cəmiyyətin sədri Gülşə Nemətova bütün xanımları təbrik edərək hər kəsi xanım Fatimənin (s.ə) fəzilət və dəyərini daha yaxından öyrənməyi tövsiyə etdi.
Məclis Fərəc duası və ziyafət süfrəsi ilə yekunlaşdı.















  • Yazılıb
  • da (də) 2016 Mar 31
  • Göndərən مدير سايت Aran News