Bu il martın 1-də Naradaran qəsəbəsində divarlara dini şüarların yazılmasında təqsirləndirilərək saxlanılan və inzibati həbs edilən 7 nəfərin hamısı azadlığa buraxılıb.
AranNews- Məlumatda bildirilir ki, saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatıb və bir neçə gün öncə həmin şəxslər azadlığa çıxıb.
Qryd edək ki, bu il martın 1-də polis Nardaranda əməliyyat keçirərək 32 nəfəri saxlayıb Sabunçu rayon Polis İdarəsinə aparmışdı.
Saxlanılan şəxslərin əksəriyyəti ifadəsi alınandan sonra buraxılsa da, 7 nəfər barəsində Sabunçu rayon Məhkəməsi 20 və 24 sutka inzibati həbs qərarı çıxarmışdı.Əməliyyatın keçirilməsinə səbəb Nardaran qəsəbəsinin mərkəzi hesab edilməyən dar küçələrində, dalanlarda küçə divarlarına “Allahu Əkbər”, “Ya Əli” və “Ya Hüseyn” sözlərinin yazılması idi.
Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman birliyi” adı altında fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər şəhid olub. Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.