Tarix : 2016 Mar 31
Kod 48345

sionist ekspert, Azərbaycan-İsrail münasibətlərindən danışdı

Ara sıra sionist ekspertlər digər ölkələrin daxili işlərinə qarışaraq ölkə daxilində baş verən proseslərə müdaxilə etmişlər.
AranNews- belə bir açıqlama bu ay ərzində iki dəfə İsraildə beynəlxalq əlaqələr üzrə ekspert  Arye Qutdan gəlib.
“Yedioth Ahronoth” qəzetində Azərbaycanla bağlı məqaləsində Qut ölkədəki islamçıların həbsindəki faktoru "dini radikallıq" adlandıraraq və İsraildəki dini radikalların fələstinliləri evlərində qətlə yetirməsindən söz açmayaraq "Biz hökümətin bu addımlarını dəstəkləyirik. Bu addımlar dini radikallıqla mübarizədə önəmli addımlardır. Biz bu addımların İsrailin siyasətilə üst-üstə düşdüyünü hesab edirik", -  deyə qeyd edib.
O Azərbaycanın dini cəhətdən yəhudilərə misilsiz şərait yaratdığını deyərək bildirib: “Digər ölkələrdən fərqli olaraq Azərbaycanda, yəhudilərə əcnəbi vətəndaş olaraq baxılmır. Bu ölkənin xalqı öz məzhəbi mərasimlərini təntənəli surətdə keçirmələrinə baxmayaraq, ölkədə olan yəhudilər də, rahatlıqla öz ainlərini icra edirlər. Onlar Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyindən də bəhrələnirlər.”
İsrailin "Yerusalim Post" qəzetində isə, ekspert Azərbaycanın İsraildə səfirlik açmamasından nigarançılığını gizlətmir: "Azərbaycan indiyədək İsraildə diplomatik missiyasını açmasa da, Azərbaycan hökuməti İsrailə çoxsaylı nümayəndə heyətləri göndərir və bundan da çox İsrail nümayəndə heyəti də Bakıya səfər edirlər."
Ekspert məqaləsini ndavamında deyir: "Azərbaycanda iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yarardılıb. Azərbaycanda ilk yəhudi muzeyi də, yaxın günlərdə açıla bilər. Bu muzey Cənubi Qafqazda ilk yəhudi muzeyi kimi tarixə düşəcək."
Qut, İsrailin işğalçı addımlarını unudaraq öz ölkəsi kimi işğalçı siyasət aparan Ermənistana da Azərbaycana xoş gəlsin deyə daş atıb: "Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20 faizi işğal edilib. Bu fakta və Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasıan baxmayaraq Azərbaycan əsl sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsi olub və olmaqda davam edir."
  • Yazılıb
  • da (də) 2016 Mar 31
  • Göndərən مدير سايت Aran News