Yəmənin ordu qüvvələri Mənsur Hadinin muzdurlarının mövqerlərinə qarşı raket hücumu ediblər.
Arannews- Yəmənin ordu qüvvələrinin bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadi muzdurlarının Yəmənin mərkəzindəki Marəb vilayətində yerləşən mövqerlərinə qarşı raket hücumunda on bir nəfər məhv edilib.
Yəmən ordusu habelə bu ölkənin şimal-qərbində yerləşən Həccə vilayətində Mənsur Hadi qüvvələrinin Midi limanına qarşı hücumunu nakam qoyubdur. Mənsur Hadi muzdurları ilə Yəmənin xalq qüvvələri arasındakı döyüşlərdə fərari prezidentin qüvvələrindən onlarla nəfər öldürülüb.