Tarix : 2016 Apr 02
Kod 48347

Bəhreyn xalqinin vətəndaşlıqları əllərindən alinir

Ali-Xəlifə rejimi müxaliflərlə mübarizə aparmaq və xalq etirazlarına divan tutmaq üçün müxtəlif vasitələrdən istifadə və...
Arannews- Ali-Xəlifə rejimi Bəhreyndə müxaliflərin vətəndaşlıqlarının əllərindən alınmasını şiddətlənidiribdir.
Bəhreyn dövləti müxaliflər və siyasi fəalların vətəndaşlıqlarını əllərindən almaq barədəki qərarına işarə edərək iddia edib ki, bu hərəkətdə məqsəd, təhlükəsizlik hədələrinin azaldılmasıdır.
Belə bir halda, bir qrup bəhreynli fəal, dövlətin bu hərəkətinə reaksiyada bildirib ki, Ali-Xəlifə rejimi müxaliflərlə mübarizə aparmaq və xalq etirazlarına divan tutmaq üçün müxtəlif vasitələrdən istifadə və hökümətin bütün müxaliflərini dövlət çevrilişində ittiham edir.
Bəhreyn İnsan Haqları Mərkəzinin fəallarından olan Nizal Salman deyib ki, 2015-ci ildə vətəndaşlığın götürülməsi barədə iki yüzdən çox hökm verilib.
Universitet müəllimləri və din xadimləri belə bir hökmlə üzləşən kəslərdəndirlər.
Bəhreyndə çıxan Əlousət qəzeti martın on altısında yazıbdır ki, barələrində belə hökm çıxarılmış şəxslərin bir qrupu ölkədən çıxarılıbdır.
Bəhreyn İnsan Haqları Mərkəzi bildirib ki, bu ölkədə üç mindən yuxarı insan məhbəsdədir və onların bir çoxu dövlətin "rejimə qarşı təhrik və qanunsuz toplanış" adlandırdığı məsələdə iştirak səbəbindən zindana düşübdür.


  • Yazılıb
  • da (də) 2016 Apr 02
  • Göndərən مدير سايت Aran News