Tarix : 2016 Apr 02
Kod 48348

Onlarla İŞİD terrorçusu məhv edilib

İraq ordusu onlarla işid terror qruplaşmasi üzvüni məhv edib.
Arannews- İraqlı qaynaqlar Niynəva vilayətində İŞİD üzvlərindən 69 nəfərin öldürülməsindən xəbər veriblər.
İraqın Kəşfiyyat-Təhlükəsizlik Təşkilatı bildirib k, bu ölkənin hava qüvvələri Niynəva vilayətindəki Əlqəzlani məntəqəsinə hücum edərək, İŞİD təkfirçi-terrorçu qrupunun iyirmi üzvünü öldürüb və onların bir silah və sursat anbarını məhv ediblər.
Həmçinin iraqlı qırıcıların İŞİD-in Niynəva vilayətinin mərkəzi olan Mosul şəhərindəki Həmam Ələlil məntəqəsində yerləşən mövqelərinə qarşı hücumları 49 İŞİD-çinin ölümü ilə nəticələnib.
bu hücumlarda İŞİD komandirlərindən olan Nasir Həmadi Hiza və Yunis Həmadi Hiza öldürülüblər.
Digər bir xəbərə görə, iraqlı qüvvələr Mosulun cənub-şərqində yerləşən Əlnəsr kəndini azad ediblər.
Niynəva vilayətinin İŞİD terror qrupunun işğalından azad edilməsi əməlyyatı "Əlfəth" adı altında martın 23-də İraqın ordusu və müxtəlif xalq qruplarının iştirakı ilə başlanıbdır.


  • Yazılıb
  • da (də) 2016 Apr 02
  • Göndərən مدير سايت Aran News