Arannews- əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının cümə günü Laziqiyyə vilayətində Livan Hizbullahı və Suriya ordusunun mövqelərinə hücumu uğursuz alınıb və suriyalı mənbələrin bildirdiyinə görə, Laziqiyyənin 90%-dən çoxu terrorçulardan təmizlənib.Bu məlumata görə, tam hazır vəziyyətdə olan Suriya ordusu və Livanın müqavimət qüvvələri Laziqiyyənin şimalında əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının hücumlarının başlanması ilə terrorçuları hədəfə alıblar. Bir neçə saat davam edən bu qarşıdurmalarda onlarla terrorçu öldürülüb.
Suriya ordusu və Livan Hizbullahı qüvvələrinin müqaviməti ilə əl-Nüsrə Cəbhəsi terror qruplaşması heç bir nailiyyət əldə etmədən Laziqiyyənin şimal bölgəsindən geri çəkilməyə məcbur olub.
Bildirildiyinə görə, Laziqiyyə vilayətinin Cəbəl əl-Qala, o cümldəən Kəbani strateji şəhərciyi Suriya ordusu qüvvələrinin nəzarətindədir və bu şəhərə sakitlik hakimdir.
Həmçinin bildirilir ki, Laziqiyyə vilayətinin 90%-dən çoxu terrorçulardan təmizlənib və yaxın gələcəkdə qalan bölgələrin terrorçulardan təmizlənməsi üçün əməliyyata başlanacaq.