Tarix : 2016 Apr 02
Kod 48352

Həzrət Zəhra (s.ə) şəbistanının açılışı mərasimi

Həzrət Əlinin (ə) ziyarətgahında Həzrət Zəhra (s.ə) şəbistanının açılışı İslam İnqilabının Böyük Rəhbərinin Nəcəf-Əşrəfdəki ofisinin rəhbərinin iştirakı ilə baş tutub.
Arannews- Həzrət Əlinin (ə) pak ziyarətgahının genişləndirilməsi üzrə Həzrət Zəhra (s.ə) şəbistanı və həyətinin ilkin mərhələsinin açılışı İslam İnqilabının Böyük Rəhbərinin Nəcəf-Əşrəfdəki ofisinin rəhbərinin iştirakı ilə baş tutub.
Höccətülislam vəlmüslimin Məhəmməd Məhəmmədi Qolpayqani İraqın bəzi rəsmiləri və şəxsiyyətlərinin iştirakı ilə Nəcəf-Əşrəfdə Həzrət Əlinin (ə) pak ziyarətgahında Həzrət Zəhra (s.ə) şəbistanının istifadəyə verilməsi mərasimində deyib: Ümm Əbiha kimi ifadələr əziz islam peyğəmbərinin Həzrət Fatimə (s.ə) barəsində işlətdiyi özünəməxsus sözlərdir.
Həzrət Əlinin (ə) pak ziyarətgahının məsələləri üzrə icraçısı Nəzar Haşim Həbl-əl-Mətin də bu mərasimdə bütün təqlid mərcələri, xüsusilə İslam İnqilabının Böyük Rəhbəri və Ayətullah Sistaninin İraqda pak ziyarətgahların yenidən bərpası və genişləndirilməsi üzrə layihələrə olan əvəzsiz dəstəklərini alqışlayıb.
Pak ziyarətgahların yenidən bərpası qurumu və iranlı incəsənət xadimlərinin səyi ilə inşa olunan Həzrət Zəhra (s.ə) şəbistanı və həyətinin 6 hektar ərazisi vardır.
Bu şəbistan və həyətin inşasına 4 il öncədən başlanıb və bu ilki Qədir Xum bayramına qədər onun əsas hissələrinin yekunlaşdırılması qərara alınıb.
Bu həyət və şəbistanın inşası xərci yardımlar və Əhli-Beyt (ə) aşiqlərinin nəzirləri ilə təmin olunmuşdur.


  • Yazılıb
  • da (də) 2016 Apr 02
  • Göndərən مدير سايت Aran News