Tarix : 2016 Apr 02
Kod 48354

Fələstini himayə İslam dünyasının əsas mövzusudur

Fələstini himayə İslam dünyasının əsas mövzusudur və regiondakı terror böhranları İslam dünyasını Fələstin və Qüds məsələsinə diqqətdən yayındırmamalıdır.
Arannews- İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini bildirib ki, İran İslam Respublikası məzlum Fələstin xalqını himayələrini davam etdirəcək.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmirəbdollahiyan əlavə edib: Fələstini himayə İslam dünyasının əsas mövzusudur və regiondakı terror böhranları İslam dünyasını Fələstin və Qüds məsələsinə diqqətdən yayındırmamalıdır.
Əmirəbdollayihan deyib ki, hazırda Fələstini təsirli himayə və terrorizmlə real mübarizə regionda iki mühüm mövzu sayılır.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini vurğulayıb: Terrorist yetişdirən sionist rejim regiondakı əmin-amansızlığın əsas köküdür və Qüdsün yəhudiləşdirilməsi və sionist qəsəbələrin salınmasının davam etməsi sırf olaraq, region xalqlarının Fələstini qəsb etmiş işğalçıların ekspansianist rəftarlarına qarşı nifrətlərini artırır.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini söyləyib: Fələstin xalqının üçüncü intifazəsi Fələstin ölkəsinin əsas sahiblərinin sionist rejimin təcavüzkar siyasətlərinin davam etməsinə olan təbii reaksiyalarıdır.


  • Yazılıb
  • da (də) 2016 Apr 02
  • Göndərən مدير سايت Aran News