Tarix : 2016 Apr 02
Kod 48356

Həbs edilən satirik şairin anasından tükürpədən məktub

«Mən bu məktubu göz yaşımla yazıram. Mənim bir qızım əlildir. Bizi Tofiq saxlayırdı, onu da həbs etdilər»
AranNews- Bir müddət əvvəl həbs edilən satirik şair Tofiq Həsənlinin anası Zərə Cəlalova “Azadlıq” qəzetinə müraciət edib. Onun müraciəti oğlunun haqsız həbsilə bağlıdır. Zərə xanım yazır: “Mən Tofiq Həsənlinin anasıyam. Oğlum şeir yazdığına görə onu həbs ediblər. Tofiqə zamanın Sabiri deyirlər. Mənə yalan danışmaq ayıb olar. Tofiq müqəddəs yerlərin hamısını ziyarət edib. Tofiqin mərsiyələri məclislərdə deyilir.
Mən əl xəttiylə yazıram, qüsura baxmayın. 70 il əvvəl oxumuşam, yaşım 80-nə çatıb. Mən bu məktubu göz yaşımla yazıram. Mənim bir qızım əlildir. Bizi Tofiq saxlayırdı, onu da həbs etdilər. Deməyə sözüm çoxdur, amma hamısını deyə bilmirəm”.
  • Yazılıb
  • da (də) 2016 Apr 02
  • Göndərən مدير سايت Aran News