Ermənistanda ictimai fəal və ekspert Karen Vardanyanın meyiti Yerevanda qarajda aşkar edilib.
AranNews- Polis onun meyitini Yerevanda qarajlardan birində aşkarlayıb. bu haqda ölkə polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “İnformasiyalı vətəndaşlar birliyi” İctimai Təşkilatın eksperti, 1982-ci ildə anadan olmuş Karen Vardanyan martın 17-də itkin düşüb. O, Birləşmiş Ərəb Əmirliyinə bir həftəliyə məzuniyyətə getmək adı ilə evdən çıxıb və qayıtmayıb.
Ötən gecə polis onun meyitini Yerevanda qarajlardan birində aşkarlayıb.
Məlumata görə, Gevorq Zoqrabyan (1993-cü ildə anadan olub) və Artur Miqranyan (1973) Karen Vardanyan şübhəli şəxs qismində saxlanılıb. İstintaq aparılır.
Qətlin baş vermə səbəbi haqda məlumat verilməyib.