Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 30 nəfər şəxsin cinayət işi üzrə məhkəmələrinin hazırlıq iclasları başlayıb.
AranNews- Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 30 nəfər şəxsin cinayət işi üzrə məhkəmələrinin hazırlıq iclasları başlayıb. həmin şəxslərin işinə ayrı-ayrılıqda baxılır.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, işlər baxış iclasına verilib.
Nardaran sakinləri olan təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunurlar.