Tarix : 2016 Apr 02
Kod 48361

Döyüş zamani telekanallarin gostərdiyi verlişlər

Azərbayсan əhalisinin böyük qisminin informasiya aldığı telekanallarda Cəbhə xəttində döyüşlə bağli verliş gostərilmədi.
AranNews- Azərbayсan əhalisinin böyük qisminin informasiya aldığı telekanallarda Cəbhə xəttində döyüşlə bağli verliş gostərilmədi. eyni halda Azərbayсan Müdafiə Nazirliyi, kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb.
AZTV-də "Bizim Cəbiş müəllim" filmi nümayiş etdirildi.
ANS isə həmişəki kimi ənənəsinə sadiq qalıb və "Marş" verilişini efirə qoydu.
"Lider" televiziyasında bu dəqiqələrdə "Sizin səhhət" verilişi davam etdirildi.
İTV-də də tibbi veriliş daha önəmli hesab edildi.
"Mədəniyyət" kanalının göstərdiyi isə köhnə cizgi filmidir.
Space "Şərikli çörək" filmini göstərdi.
"Xəzər"də "Analar üçün məktəb" verilişi nümayiş olundu.
  • Yazılıb
  • da (də) 2016 Apr 02
  • Göndərən مدير سايت Aran News